İslam Oyunları: İrina Zaretska finalda! - YENİLƏNİR
12.11.2025 - 13:45
İslam Oyunları: İrina Zaretska finalda! - YENİLƏNİR

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində karate yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan İrina Zaretska 1/4 final mərhələsində Ekvatorial Qvineya idmançısı Anne Coralie Keita ilə üz-üzə gəlib. 

Təmsilçimiz rəqibini 6:3 hesabı ilə məğlub edərək finala yüksəlib.

İrina həlledici görüşdə Türkiyə təmsilçisi Eda Eltemur ilə münasibətlərə aydınlıq gətirəcək. 

***

13:16

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində karate yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 68 kq çəki dərəcəsində təmsilçimiz İrina Zaretska 1/4 final mərhələsində iordaniyalı rəqibi Joud Aldrousu 5:2 hesabı ilə məğlub edib. 

Bu nəticədən sonra İrina Zaretska yarımfinala vəsiqə qazanıb.