İslamiada: Azərbaycan millisi finalda Türkiyə ilə üz-üzə gələcək - FOTO
12.11.2025 - 15:08
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı növbəti matçına çıxıb.
Apasport.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Əfqanıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb- 3:0 (25:7, 25:5, 25:9).
Qızıl medal uğrunda həlledici görüşdə komandamızın rəqibi Türkiyə yığması olacaq.
0
0