Azərbaycan millisinin üzvü futboldan kənarlaşdırıldı
18.12.2024 - 22:33
Daha iki futbolçu dopinq səbəbilə futboldan uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, Berkay Vardar və Emirhan Delibaşın test nəticələri müsbət çıxıb.
Futbolçularının hər ikisinə sərt cəza verilib. Onlar 4 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıblar.
Oyunçularının son klubları “Fatih Karagümrük” olub.
Qeyd edək ki, Vardar U-17 və U-19 Azərbaycan millilərində çıxış edib. Daha sonra isə Türkiyənin U-21 yığmasına keçib.
0
0