“Qarabağ” 1500 manat ziyana düşdü
20.12.2024 - 14:17
“Qarabağ” 1500 manat ziyana düşdü

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

writer photo
Əlirza Əlirzalı
0