“Səbail”də 2 yeni müqavilə
24.05.2022 - 11:34
Baş məşqçi Aftandil Hacıyevlə gözlənilmədən yollarını ayıran “Səbail”də iki futbolçu ilə bağlı qərar verilib.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisində müdafiəçi Cabir Əmirli və yarımmüdafiəçi Tural Bayramlının taleyinə aydınlıq gəlib.
Həm 25 yaşlı Əmirli, həm də 24 yaşlı Bayramlı Premyer Liqanı son pillədə başa vuran komanda ilə yeni müqaviləyə qol çəkib. Onların növbəti mövsümü də “Səbail”in heyətində keçirəcəyi artıq dəqiqdir.
Qeyd edək ki, Cabir Əmirli ötən ilin yayında “Neftçi”dən, Tural Bayramlı isə bu ilin əvvəlində “Pierikos”dan “Səbail”ə keçib.
- “Dinamo”nun futbolçusu: “Boqomolski karyerasına gözümün önündə başlayıb” - Müsahibə
- “Apasport”dan 6 uduş, “Ödənişli” kuponlarda növbəti het-trik
- Qurban Qurbanov: “Həyata gəlməyim sanki möcüzə olub”
- “Misli” “GoalPlus SummerFest 2024” yarışlarının sponsorudur
- PSJ məğlubiyyətsizlik seriyasını 19 matça çatdırıb
0
0