“Arzumuz gerçəkləşdi. Bu, Mərakeş üçün əla gündür. İndi istirahət etməliyik, bu andan həzz almalıyıq".
Apasport.az xəbər verir ki, bunu Mərakeş millisinin baş məşqçisi Valid Əl-Rakirakiyu Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İspaniya yığması ilə oyunla (0:0, penaltilər üzrə 3:0) bağlı danışarkən deyib.
"Bu matç bizi çox yorurdu, oyun planı yerinə yetirildi. Lakin biz hələ heç nə əldə etməmişik", – deyə 47 yaşlı məşqçi bildirib.
Mərakeş millisi tarixdə ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəlib. Qətərdəki turnirə qədər komandanın ən yaxşı nəticəsi 1986-cı ildə 1/8 finala yüksəlmək olmuşdu. Mərakeş Kamerun, Seneqal və Qanadan sonra mundialın 1/4 finalına yüksələn 4-cü Afrika komandası, bu mərhələyə vəsiqə qazanan ilk ərəb ölkəsi olub.
Valid Əl-Rakirakiyu Fransada doğulsa da, 1/4 finala komanda çıxaran ilk afrikalı məşqçi olub.
- Belajdi Pusi: "Keçən mövsümlə müqayisədə daha yaxşıyıq" - Müsahibə
- “Apasport”dan 5 uduş, “Ödənişli” kuponlarda bir dubl daha
- "Mançester Siti" ulduz futbolçusu ilə yollarını ayıra bilər
- Tennisçilərimiz Avropa çempionatında növbəti mərhələyə yüksəliblər
- Ronald Kuman: "Finala Niderlandla Türkiyə layiq idi"