Türkiyə Super Liqasında ikinci turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, günün maraqla gözlənilən qarşılaşmasında "Beşiktaş" "Antalyaspor"u qəbul edib.
6 qolun vurulduğu matçda sevinən tərəf İstanbul təmsilçisi olub - 4:2.
Oyunun 1-ci dəqiqəsində "Antalyaspor" tarixinin ən erkən qoluna imza atan Samudio 51-ci dəqiqədə dubl edib. Oyunun 63-cü dəqiqəsində Güray Vural qonaqları meydanda azlıqda qoyub. Meydan sahiblərinin heyətində Çiro İmmobile 13 və 23-cü dəqiqələrdə dubl edib. "Ağ-qaraların" yeni transferlərindən Rafa Silva 56-cı dəqiqədə komandasını hesabda önə çıxarıb. Son nöqtəni isə 90+5-ci dəqiqədə oyuna sonradan daxil olmuş Ernest Muçi qoyub.
Qeyd edək ki, günün digər görüşlərində "Başakşehir" "Alanyaspor"u 4:2, "Samsunspor" isə "Qaziantep"i 0:1 hesabı ilə məğlub edib.
- “Neftçi” – “Qarabağ” matçının vaxtı açıqlandı
- Marko Yankoviç: “Titullara və inanılmaz anlara köklənəcəyik”
- Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
- Ceremi Doku: “Mançester Siti” televiziyada çox yaxşı çıxış edirlər”
- Əlcəzair millisinin sabiq yarımmüdafiəçisi “Qarabağ” üçün Bakıda