“Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
20.12.2024 - 22:52
Türkiyə I Liqasında daha bir ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, "Ankaragücü" baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, "Ankaragücü" 23 xalla 8-ci pillədə qərarlaşıb.
0
0