Fransalı futbolçu Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, 32 yaşlı futbolçunun “Əl İttihad” forması ilə şəkli paylaşılıb.
"Çelsi" ilə müqaviləsi iyulun 1-də başa çatacaq futbolçunun ərəblərlə müqavilə imzaladığı bildirilir. İngiltərə klubundakı durumundan narazı olan Fransa millisinin üzvü yaxın günlərdə Ərəbistan yarımadasına gedəcək.
2018-ci ildən “zadəganlar”ın heyətində çıxış edən Kante son mövsümdə zədə səbəbindən 9 matçda iştirak edib.
Qeyd edək ki, bir gün öncə fransalı Kərim Benzema da “Əl İttihad”la 2 illik müqavilə imzalayıb.
- "Fənərbaxça" qalib gəldi, "Beşiktaş" uduzdu
- Vurğun Hüseynov: "Belçikaya qarşı Bakıda keçirdiyimiz görüş mənim üçün unudulmazdı" - Müsahibə
- “Roma” və Mourinyodan ilk, avrokubok 12 ildən sonra İtaliyada
- “Aris”in baş məşqçisi: “Neftçi” ilə oyunun əlavə motivasiyası var”
- Vüqar Həşimov Memorialının iştirakçıları üçün Şuşada tur təşkil edilib