“Kəpəz”in "Zirə" ilə matçda zədələnən futbolçusunun son durumu açıqlanıb
11.12.2024 - 16:06
“Kəpəz”in futbolçusu Paçu Liranın son durumu məlum olub.
Apasport.az xəbər verir ki, “Zirə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən hücumçu MRT müayinəsindən keçirilib.
Klubun tibbi xidmətindən verilən məlumata görə, hücumçuda ciddi bir şey aşkarlanmayıb.
Yüngül formada əzələ dartılması olan Paçu bu gün fərdi halda məşq edəcək. Sabahdan isə kollektiv məşqlərə qoşulacaq.
0
0