“Leççe”nin müdafiəçisi nəhənglərin hədəfində
01.12.2024 - 17:19
“Leççe”nin müdafiəçisi nəhənglərin hədəfində

“Çelsi” heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub “Leççe”nin müdafiəçisi Patrik Dorqunu transfer etmək istəyir.

20 yaşlı futbolçu uğrunda "Kristal Pelas", "Tottenhem", "Napoli" və "Yuventus" da mübarizə aparır. 

Klubu Dorqu üçün 50 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, danimarkalının “Leççe” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. 

writer photo
Əlirza Əlirzalı
0