Meydanda huşunu itirən futbolçu vəfat edib - VİDEO
28.08.2024 - 11:38
Uruqvayın “Nasyonal” klubunun futbolçusu Xuan İskerdo vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunun 1/8 final mərhələsində Braziliyanın “San Paulo” komandası ilə görüşdə meydanda huşunu itirib və xəstəxanaya aparılıb.
Futbolçuya ürək ritminin pozulması və kəllədaxili təzyiqin artması diaqnozu qoyulub.
İskerdo karyerası ərzində ölkəsində “Nasyonal”la yanaşı, “Liverpul”, “Montevideo”, “Atletiko San Luis”, “Penayrol” kimi klublarda çıxış edib. O, 2022-ci ildə “Nasyonal”la Uruqvay çempionu olub.
- Premyer Liqa klubu 4 futbolçusunu heyətində saxladı
- Dadaşov və Nəzərlinin komandasının rəqibi bəlli olub
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- Könülləri fəth etdi, qəribə qrafik cızdı, prezidentliyi bacarmadı - ULDUZLAR
- Oğlanlardan ibarət millimiz Yaponiyanı qabaqlayaraq birinci olub
0
0