Polşalı məşhur qapıçı karyerasını başa vurdu
27.08.2024 - 19:19
Son olaraq İtaliyanın “Yuventus” klubunda çıxış etmiş Voytsex Şensnı karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabında bildirib.
Təcrübəli oyunçu həyat yoldaşına və iki övladına daha çox vaxt ayırmaq üçün bu addımı atdığını bildirib.
Şensnı 2017-ci ildən Turin təmsilçisinin formasını geyinib. Polşalı qapıçı İtaliyada “Roma”, İngiltərədə “Arsenal” kimi klubların da şərəfini qoruyub.
- “Mingəçevir”i daşıyan avtobus İsmayıllıda qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
- Qara Qarayev: “Mançester Siti”ni keçdiyinə görə “Real”dan xoşum gəlmir”
- Coşqun qırmızı vərəqə alıb, komandası qələbə qazanıb
- DÇ-2022-də seks qadağası
- Əhmədzadə erməni rəqibi üzərində inamlı qələbə ilə növbəti mərhələdə
0
0