"Barselona" 25 matçdan sonra ilk dəfə qol vura bilmədi
04.03.2024 - 12:17

"Barselona" 25 liqa matçında ilk dəfə qol vura bilməyib.
Apasport.az xəbər verir ki, Kataloniya klubu İspaniya çempionatının XXVII turunda "Atletik"lə (0:0) xalları bölüşüb.
Xatırladaq ki, sonuncu dəfə avqust ayında “Xetafe” ilə qarşılaşan komandanın oyunu qolsuz bərabərliklə nəticələnmişdi.
Qeyd edək ki, İspaniya çempionatının növbəti turunda “Barselona” doğma meydanda “Malyorka” ilə qarşılaşacaq.
0
0