"Barselona"dan xal itkisi
04.03.2024 - 02:11

La Liqada 27-ci tur davam edir.
Apasport.az xəbər verir ki, "Barselona" "Atletik"in qonağı olub.
Qarşılaşma qolsuz bərabərliklə nəticələnib. Komandaların səylərinə baxmayaraq, matçda hesab açılmayıb.
Qeyd edək ki, "Barselona" 58 xalla 3-cü pillədə qərarlaşıb.
0
0