Dünya çempionatı 12 stadionda
29.09.2024 - 15:55
Dünya çempionatı 12 stadionda

FİFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının oyunlarına ev sahibliyi edəcək stadionları açıqlayıb.

Apasport.az xəbər verir ki, matçlar ABŞ-nin12 arenasında baş tutacaq.

İlk dəfə 32 komandanın iştirak edəcəyi turnirin finalı East Rutherford şəhərindəki “MetLife” Stadionunda keçiriləcək.

Şarlott, Cincinnati, Los-Anceles, Mayami, Naşvill, Orlando (iki stadion), Filadelfiya, Sietl, Vaşinqton və Atlanta da oyunlara ev sahibliyi edəcək.

0