Ronaldo İsveçlə oyunu buraxacaq
19.03.2024 - 09:46

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İsveçlə yoldaşlıq oyununu buraxacaq.
Apasport.az xəbər verir ki, millinin baş məşqçisi Roberto Martines dünya ulduzunu 23 nəfərlik heyətə daxil etməyib.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı bildirilib.
Qeyd edək ki, Portuqaliya millisi martın 21-də İsveç, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.
0
0