1,19 əmsala 1 milyon 196 min qoydu və uduzdu
28.09.2022 - 00:00
1,19 əmsala 1 milyon 196 min qoydu və uduzdu

Sentyabr ayı bəzi proqnozsevərlər üçün böyük uduşlarla zəngin olsa da, yetərincə uğursuz da qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Niderland çempionatının “Alkmaar” – “Ayaks” görüşü rusiyalı betterə şok yaşadıb.

Qarşılaşmanın ilk yarısında meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb. Proqnozsevər fasilədə mərcə qoşulub.

O, daha bir qolun olacağına nə az, nə çox 1 milyon 195 min 957,08 Rusiya rublu qoyub. Cəmi 1,19-luq əmsala görə risk edən proqnozsevər 45 dəqiqə intizarda qalıb. Çoxsaylı zərbələr, qapı dirəyi, qapıçıların inamlı oyunu... Yekunda isə görüş elə ilk yarının hesabı ilə bitib – 2:1.

Qeyd edək ki, proqnozsevər bu bir hissədə 34 min 563,16 manat uduzub.
 

5