13 oyunluq UDUŞ
23.02.2023 - 18:11
13 oyunluq UDUŞ

Bukmeker kontorlarında böyük ekspressin uduşu qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, burada kuponun əmsalından çox oyunların sayı diqqət çəkib.

Proqnozsevər 13 matça təxmin verib. O, Çempionşipdən 5, Misir çempionatından 3, İsrail çempionatı və Çempionlar Liqasının hərəsindən 2, Şotlandiya liqasından 1 qarşılaşmaya mərc edib.

Better böyük ekspressə 900 rubl (20,43 manat) qoyub. Bu variantın əmsalı 428,78-ə bərabər olub. Bütün təxminləri dəqiq çıxan müştəri 385 min 902 rubl (8 min 759,98 manat) uduşa sahib çıxıb.

0