153-cü dəqiqədə UDUŞ
25.11.2022 - 00:34
153-cü dəqiqədə UDUŞ

Bukmeker kontorlarında qeyri-adi uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, ötən həftə keçirilən futbol oyunları ilə bağlı ekspress kupon unikal matçda baş verənlər sayəsində uduşlu olub.

Proqnozsevər 10 qarşılaşmada 3167,40 əmsal toplayıb. O, 380 rublla (10,64 manat) risk edib. 1 milyon 203 min 612 rubl (33 min 701,14 manat) udmaq ehtimalı olan betteri “Penafyel”  və “Moreyrense”nin görüşü həyəcanda saxlayıb.

Onu Portuqaliya Liqa kubokunun matçının 153-cü dəqiqəsindəki qol sevindirib. Bəlkə də futbol tarixinin ən uzun matçlarından biri işıq sönməsi üçün məcburi fasiləyə dayananda oyunun saatı saxlanılmayıb. 

Better bu görüşə Üst mərc edib. Hesab 30-cu dəqiqədə açılsa da, ikinci qol yalnız 144-cü dəqiqəyə təsadüf edib. Proqnozsevərin istəyi isə 153-cü dəqiqədə çin olub. Görüşdəki üçüncü top onu zənginləşdirib.

Qeyd edək ki, müştəri bu kuponunda təkcə nəticələrə və qollara deyil, müxtəlif statistik göstəricilərə də yer verib.
 

0