25 oyuna dəqiq MƏRC
28.01.2023 - 18:01
25 oyuna dəqiq MƏRC

Böyük Britaniyanın bukmeker kontorlarında böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 25 matça mərc edib.

O, cəmi 5 funt sterlinqlə (10,52 manat) riskə gedib. Better İngiltərə, Şotlandiya, İspaniya, Yunanıstan, Portuqaliya, Hindistan, İtaliya, Türkiyə və Belçika liqalarına proqnoz verib.

Kuponun əmsalı 3915,16-ya bərabər olub. Müştərinin bütün təxminləri dəqiq alınıb. O, 19 min 575,79 funt sterlinq (41 min 199,20 manat) uduşa sahib çıxıb.

0