72 min funtluq UDUŞ
27.02.2023 - 16:42
72 min funtluq UDUŞ

Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, böyük britaniyalı proqnozsevər İngiltərə çempionatının oyunlarına ekspress mərc edib.

O, fevralın 25-də baş tutan Premyer Liqa, Çempionşip və 1-ci liqanın ümumilikdə 18 matçına proqnoz verib. Müştəri bu varianta 1,30 funt sterlinq yatırıb.

180 min əmsala bərabər kupon betterə 234 min funt sterlinq gətirməli idi. Proqnozsevərin 18 təxminindən 17-si dəqiq olub. O, səbirsizliklə variantındakı son matçı – “Kristal Pelas” - “Liverpul” oyununu gözlədiyi anda kontordan satış təklifi alıb. 

“Qırmızılar”ın səfər qələbəsini gözləyən, amma Yurgen Kloppun yetirmələrinə o qədər də güvənməyən better 72 min funt sterlinq uduşla kuponu satmağa razılaşıb. “Liverpul” isə səfərdə qalib gələ bilməyərək (0:0) müştərinin uzaqgörənliyini təsdiqləyib.

0