Çempionlar Liqasında 3,8 milyonluq UDUŞ
07.10.2022 - 17:23
Çempionlar Liqasında 3,8 milyonluq UDUŞ

Çempionlar Liqasının bu həftə keçirilən oyunları böyük uduşla yadda qalıb.

Apasport.az saytının məlumatına görə, “Betcity”nin müştərisi kiçik əmsala böyük pul qoyuluşu etməkdə yanılmayıb.

Proqnozsevər 3,8 əmsallıq ekspress kupona 1 milyon rubl (28 min manat) yatırıb. Dörd oyununun da mərci düz çıxan better 3,8 milyon rubl (106 min 400 manat) götürüb.

“Çelsi” – “Milan”: Fora1 (0)
“Benfika” – PSJ: X2
“Leypsiq” – “Seltik”: 1
“Yuventus” – “Makkabi”: Fora1 (-1)

Qeyd edək ki, ekspresdə yer alan mərclər risksiz olub və ən yüksək əmsallı oyun 1,56 ilə qiymətləndirilib.

0