“Mançester Siti” ilə UDUŞ
27.04.2023 - 13:00
“Mançester Siti” ilə UDUŞ

Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri “Mançester Siti” – “Arsenal” oyununa mərc edib.

Better İngiltərə Premyer Liqasının matçına 500 min rubl (10 min 350 manat) pul qoyub. Mərc zamanı belə variantın əmsalı 1,63-ə bərabər olub.

Pep Qvardiolanın yetirmələri müştərinin ümidlərini puç etməyib. “Şəhərlilər” 4:1 hesablı darmadağına sevinib. Proqnozsevər isə 815 min rubl (16 min 870,50 manat) uduşa sahib çıxıb.

0