Qonaqların hesabına zənginləşdi - 21641,28 əmsal
25.09.2022 - 19:16
Qonaqların hesabına zənginləşdi - 21641,28 əmsal

Bukmeker kontorlarına pul qoyuluşları daha bir proznozsevəri zənginləşdirib.

Apasport.az saytının məlumatına görə, moskvalı mərc həvəskarı futbol və hokkeyin sintezindən kupon tərtib edib.

12 oyuna proqnoz verən rusiyalı 21641,28 əmsal toplayıb. Ən yüksək əmsal “Beşiktaş” – “Başakşəhər” matçında olub ki, qonaqlara üstünlük verən proqnozsevər yanılmayıb. Hokkeydə “Spartak”ın “Salavat Yulayev”i səfərdə udması da müştərini sevindirib.

O, cəmi 100 rubla (2,82 manat) mərc edib. Qalib kupon sahibinə 2 milyon 164 min 128 rubl (61 min 28,41 manat) qazandırıb.
 

0