Dmitri Donskoy: "Həlledici komponentlərdə “Qarabağ” “Gent”dən geri qalır"
23.02.2023 - 15:43
Dmitri Donskoy: "Həlledici komponentlərdə “Qarabağ” “Gent”dən geri qalır"

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Gent” – “Qarabağ” matçına proqnoz açıqlanıb.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Dmitri Donskoy qarşılaşmaya proqnoz verib.

O, bukmekerlərin favoritini üstün hesab edir. Donskoy 1,88 əmsallıq təxmini məqsədəuyğun sayır: 

“Gent” duelin aşkar favoriti hesab olunur. Belçika klubu mərhələ keçməyə və kuboku qazanmağa da iddialıdır.

Bəli, “Köhlən atlar” rəqibinə səfərdə də ciddi çətinliklər yaratmaq iqtidarındadır. Amma bütün həlledici komponentlərdə “Qarabağ” “Gent”dən geri qalır.

Mən də bundan yararlanmağı məsləhət götürəm. Belçikalıların qələbə əmsalı 1,88-dir ki, bu varianta mərc etməyə dəyər.

Proqnozum: 1
 

0