Yığmamız Avropa çempionatına tam heyətlə yollanır
18.06.2012 - 16:10
İyunun 23-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa çempionatı start götürəcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığması qitə birinciliyində tam tərkibli heyətlə (13 boksçu) mübarizə aparacaq.
Millimizin heyətinə Elnur Şəfizadə (48 kq), Tayfur Əliyev (50 kq), Məsud Yusifzafə (52 kq), Məhəmmədəli Tahirov (+ 80 kq) kimi yetərincə beynəlxalq təcrübəsi olan idmançılar daxil edilib. Sofiyada digər çəki dərəcələrində Elməddin İsmayılov (46 kq), Orxan Əliyev (54 kq), Şamil İbrahimzadə (57 kq), Cavid Quliyev (60 kq), Sirac Süleymanov (63 kq), Hüseyn Tanrıverdi (66 kq), Şamil Əliyev (70 kq), Nicat Sadıqov (75 kq) və Orxan Əliyev (80 kq) rinqə çıxacaqlar. Final döyüşləri iyunun 30-da keçiriləcək.
Komandaya məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayev rəhbərlik edəcəklər. Avropa çempionatının texniki nümayəndəsi Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Əbiyev olacaq.

- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
0
0