Nadal Rollan Qarrosa getməyəcək
17.05.2023 - 21:51
Nadal Rollan Qarrosa getməyəcək

Rafael Nadal Fransada təşkil olunacaq Rollan Qarros-2023 tennis turnirində iştirak edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, ispaniyalı tennisçi zədə səbəbindən bu imkandan məhrum olub.

Sabah Nadalın iştirakı ilə mətbuat konfransı keçiriləcək. Növbəti həftə start götürəcək Rollan Qarrosun 14 qat qalibi zədəsi və gələcək planları barədə məlumat verəcək.

Qeyd edək ki, 36 yaşlı Nadal yanvarda Avstraliya Açıq turnirinin ikinci mərhələsində sol ayağından zədələnmişdi.
 

0