“İqtisadçı”nın 1/8 final oyunlarının tarixi dəqiqləşdi
24.12.2011 - 00:22
Bakının “İqtisadçı” voleybol klubunun CEV kubokunun 1/8 final mərhələsində İtaliyanın “Yamamay” komandası ilə oyunlarının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “tələbələr” ilk matçlarına 2012-ci il yanvarın 11-də səfərdə çıxacaqlar.
Bakıda baş tutacaq cavab görüşü isə yanvarın 19-na təsadüf edəcək.
Qeyd edək ki, hazırda istirahətdə olan “İqtisadçı” hazırlıqlara dekabrın 27-də başlayacaq.
Bakıda baş tutacaq cavab görüşü isə yanvarın 19-na təsadüf edəcək.
Qeyd edək ki, hazırda istirahətdə olan “İqtisadçı” hazırlıqlara dekabrın 27-də başlayacaq.
0
0