[b]Millimizin üzvü seksual çarx çəkdirdi [/b]
05.06.2018 - 11:20
[b]Millimizin üzvü seksual çarx çəkdirdi [/b]

Azərbaycan yığmasının həndbolçusu Mariya Raçitelyeva növbəti dəfə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı milliləşdirilmiş rusiyalı yenə meydandakı oyunuyla deyil, şəxsi həyatı ilə gündəmi zəbt edib.

 

Belə ki, bunadək fotoobyektivlər qarşısında müxtəlif pozalar verən Raçitelyeva bu dəfə videokamera önündə məharətini göstərib.

 

O, sevgilisi ilə rolikə çəkilib. Seksual həndbolçu videoçarxda heç nədən çəkinməyərək “klip ortağı”na xoş anlar yaşadıb. Öpüş səhnələrinin də yer aldığı roliki sosial şəbəkədə böyük marağa səbəb olub.  

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında yığmamızda oynayan və çempion tituluna yiyələnən həndbolçu bir müddət Rusiya vətəndaşı kimi də göstərilib.   

0