“Azərbaycan millisinin gücünü dəyərləndirməkdə çətinlik çəkirəm” - İvanoviç
25.01.2016 - 17:22
“Azərbaycan millisinin gücünü dəyərləndirməkdə çətinlik çəkirəm” - İvanoviç

“Avropa Liqası kimi bir turnirdə iştirak etmək imkanının olması çox yaxşı haldı. Düşünürəm ki, komandamız belə bir sınağa hazırdı”. Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin voleybolçusu Kseniya İvanoviç deyib.

 

Hazırda “Telekom”un şərəfini qoruyan hücumçu Avropa Liqasının püşkatmasına münasibət bildirib.

 

Azərbaycan, İspaniya və Fransa ilə B qrupunda yer alacaq Monteneqro millisinin üzvü bildirib ki, öncədən proqnoz vermək istəmir: “Amma çox şadam ki, Azərbaycan millisi ilə bir qrupa düşdük. Bu yığmanın 4 üzvü ilə eyni klubda çıxış edirəm. Bu rəqibin gücünü dəyərləndirməkdə çətinlik çəkirəm. İspaniya və Fransa ilə əvvəllər də qarşılaşmışıq. Hətta onlara qalib də gəlmişik. Əgər millimizin bütün üzvləri komandaya kömək etmək iqtidarında olsa, müsbət nəticələrlə sürpriz edə bilərik. Birinci dövrənin Monteneqroda oynanılması da xeyrimizədi. Həmişə böyük azarkeş dəstəyimiz olub. Bu dəstək bizə özümüzü yaxşı tərəfdən göstərməkdə əlavə stimuldu”.

 

İvanoviç turnirin faydasından da danışıb: “Yığmamızın əksər voleybolçuları ölkə xaricində yaşadığından zəruri olan təcrübəyə malikdilər. Digər tərəfdən gənc oyunçularımız turnirdə özlərini göstərib, legioner həyatı yaşamaq imkanı əldə edəcək. Həm də hamımız üçün bu yarışın bir faydası odu ki, yayda fasilə dövründə fasiləsiz qalmayacağıq. Bu turnir olmasaydı, uzun müddət istirahət edib, formamızı çətinliklə yığacaqdıq. Bir sözlə, Avropa Liqası hər birimizin inkişafında rol oynamalıdı”.

 

 

0