Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin VI turunda keçirilən “İmpel” (Polşa) – “Telekom” (Azərbaycan) oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşün ən məhsuldar oyunçusu Ana Piriyeva (Kleger) olub.
Komandamızın kapitanı rəqibini səfərdə 3:2 (25:18, 23:25, 25:16, 23:25, 15:11) hesabı ilə məğlub edərək qrupda saxlayan Bakı klubunun möhtəşəm qələbəsinə 27 xalla töhfə verib. Polşa klubunun lideri, “Rabitə”nin heyətində 2 dəfə Azərbaycan çempionu olan Katarjina Skovronska 25 xal qazanıb.
Oyunun 5 ən yaxşı bombardiri arasında “Telekom”un daha iki üzvü yer alıb. Yelizaveta Səmədova 21, Qabriela Koeva isə 15 xalla səfər qələbəsində pay sahibi olublar.
Kseniya İvanoviçin 11 xal topladığı görüşdə Lusi Mulsteynova 4, Olena Həsənova və Xristina Ruseva hərəyə 3 qazanıblar.