Qadın voleybolçulardan ibarət Qırğızıstan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün cəmi 9 voleybolçu sifariş verib.
Baş məşqçi Əbdulhəmid Aysahodjiyev İslamiadada cəmi 3 hücumçunun və 1 liberonun köməyindən istifadə edəcək. Həmçinin, qırğızların heyətində 2 toppaylayıcı və 3 blokçu yer alacaq. Bu oyunçuların yarıdan çoxu isə “Salam-Alik” klublarının üzvləridi.
Toppaylayıcılar: Anastasiya İltner, Mədinə Mirlanqızı (hər ikisi “Salam-Alik”);
Hücumçular: Yuliana Morozova (“Dordoy-Namıs”); Nailə Əliyeva (“Salam-Alik”), Altınay Samatqızı (“Ular”);
Blokçular: Marina Qrişayeva, Anastasiya Yevolenko (hər ikisi “Salam-Alik”), Aydana Abdıkadırqızı (“Qorod Oş-Datka”);
Libero: Aliyə Şumkarbekova (“Salam-Alik”);
Qeyd edək ki, İslamiadada Azərbaycan, Qırğızıstan, Türkiyə, Kamerun və Tacikistan mübarizə aparacaq.