“Atletiko”nun hücumçusu Antuan Qrizman “Marsel”lə Avroliqanın final matçında (3:0) dubla imza atıb. Apasport.az saytının məlumatına görə, bununla da o, Avropanın ikinci dərəcəli klub turnirinin həlledici oyununda iki qol vuran ilk fransalı futbolçu olub.
Ümumilikdə isə Qrizman finalda dubl edən 5-ci futbolçudu. Daha əvvəl Dieqo Forlan (“Atletiko”, 2010), Radamel Falkao (“Atletiko”, 2012), Karlos Bakka (“Sevilya”, 2015), Koke Moreno (“Sevilya”, 2016) eyni uğura imza atmışdı.
Bundan əlavə 27 yaşlı hücumçu finalda qol vurmağı bacaran 3-cü fransız oyunçudu. Buna qədər Kevin Qameyro (“Sevilya”, 2016) və Po Poqba (“Mançester Yunayted”, 2017) adını tarixə yazdırmağı bacarıb.