"Neftçi" və "İnter"dən qələbə, "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
13.12.2016 - 19:50
"Neftçi" və "İnter"dən qələbə, "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi  - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin bütün matçları eyni gündə baş tutub.

 

Topaz Premyer Liqasında liderliyi əldən verən “Qəbələ” kubokda AZAL-ı sınağa çəkib. Mərhələnin əyalətdə keçirilən yeganə görüşündə meydan sahibləri qələbə qazanıblar - 2:1.

 

Paytaxt derbisində “Zirə” “Neftçi”ni qəbul edib. Biabırçı mövsüm keçirən “Neftçi” bütün ümidini yönəltdiyi kuboku da əldən verməmək üçün var gücü ilə mübarizə aparır. "Ağ-qaralar" gözlənilmədən səfərdən 3:0 hesablı qələbə ilə ayırlıblar.

 

Avrokuboka vəsiqə uğrunda mübarizə aparan “İnter”lə “Kəpəz”in oyununda da meydan sahibləri sevinən tərəf olublar. Zaur Svanadzenin yetirmələri gəncəliləri iki cavabsız qolla yola salıblar.

 

Günün son görüşündə kubokun hazırkı sahibi “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Ardıcıl iki mövsümdü “Qızıl dubl” edən ağdamlılar cütün taleyini ilk oyundaca həll edib. Ağdamlılar "kimyaçılar"ı 6:0 hesabı ilə darmadağın ediblər.

 

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar


13 dekabr
 

“Qarabağ” – “Sumqayıt” - 6:0

Qollar: Riçard Almeyda, 25 (p); Dino Ndlovu, 34 (p); Coşqun Diniyev, 40, Mahir Mədətov, 64, 78, Namiq Ələskərov, 68
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
“Azersun Arena”

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 32. Elvin Yunuszadə

Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 17. Vaquf Güləliyev, 21. Nasir Abilayev, 42. Kamran Abdullazadə

Məşqçi: Seymur Rəhimov

 

“Qəbələ” – AZAL - 2:1

Qollar: Filip Ozobiç, 61, Ruslan Qurbanov, 74 - Mirzağa Hüseynpur, 37
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 7. Nika Kvekveskiri, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyubov, 21. Roman Hüseynov, 90. Ramil Hasanov
Baş məşqçi: Roman Qriqorçuk
AZAL: 23. Aqil Məmmədov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 21. David Canelidze, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur

Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 19. Elnur Süleymanov, 9. Röyal Nəcəfov, 16. Aşkan Feyzi, 36. Renat Aşurov
Baş məşqçi: Tərlan Əhmədov

 

 “Zirə” – “Neftçi” - 0:3

Qollar: Jonas Pesalli, 44; 58 (p); 63 (p)

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 7. Gerhard Proqni

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 20. Sezar Meza Kolli, 21. Murad Səttarlı, 38. İlkin Muradov

Baş məşqçi: Adil Şükürov

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 13. Murad Ağayev

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 26. Kamal Qurbanov, 49. İbrahim Əliyev, 21. Aqşin Qurbanlı, 42. Elvin Sərkərov

Baş məşqçi: Elxan Abdullayev

 

“İnter”  - “Kəpəz” - 2:0

Qollar: Rauf Əliyev, 58; Nizami Hacıyev, 61
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 22.  İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 3. Denis Silva, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 98. Qara Qarayev

Baş məşqçi: Zaur Svanadze

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 8. Elcan Rəhimov

Baş məşqçi: Şahin Diniyev