“Neftçi” Estoniya yığmasının hücumçusunu transfer etməyə hazırlaşır
08.07.2008 - 12:51
“Neftçi” Estoniya yığmasının hücumçusunu transfer etməyə hazırlaşır
Bununla bağlı axtarışlarımızı davam etdiririk. Voskoboynikov maraq dairəmizdə olan hücumçulardan biridir. Danışıqlar başa çatmadığı üçün, konkret adları açıqlaya bilmərik”. “Neftçi”nin yarımmüdafiəçisi Dmitri Kruqlov da Estoniya yığmasında bir yerdə çıxış edən V. Voskoboynikovu komandasına məsləhət bilib. 25 yaşlı hücumçunun danışıqlar üçün Bakıya gəlməsi nəzərdə tutulub. Karyerasının böyük hissəsini Tallinin “Levadiya” klubunda keçirən V. Voskoboynikov 6 mövsüm ərzində 88 oyunda 29 qol vurub. O, D. Kruqlovla birgə Estoniya çempionluğu və ölkə kubokunu qazanıb. 2004-06-cı illərdə Belçikada legioner karyerası yaşayan estoniyalı futbolçu ikinci liqada “KAS Eupen” (8 oyun, 1 qol), güclülər dəstəsində isə “Brüssel” (8 oyun) klubunda çıxış edib. 2007-ci ildən Rusiya çempionatının birinci divizionunun iştirakçısı olan V. Voskoboynikov “Torpedo”nun heyətində 45 oyunda 10 qol vurub. O, Bakının “İnter” klubunun və Azərbaycan yığmasının sabiq hücumçusu Daniel Axtyamovun komanda yoldaşıdır. Estoniya millisində ötən ildən çıxış edən V. Voskoboynikov 7 oyun keçirib. Qeyd edək ki, “Neftçi” estoniyalı hücumçunun transferini İntertoto Kubokunda Belçikanın “Jerminal” klubu ilə iyulun 12-də Bakıdakı cavab görüşünə qədər həll etsə belə, onu heyətə daxil edə bilməz. Komandamız üçüncü mərhələyə vəsiqə qazanacağı təqdirdə iştirak ərizəsinə yeni futbolçunun adını daxil edə bilər.


0