Aleksandr Qleb “Barselona” klubuna keçib
10.07.2008 - 13:19
Aleksandr Qleb “Barselona” klubuna keçib
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniyanın “Barselona” klubu Belarus yığmasının hücumameylli yarımmüdafiəçisi Aleksandr Qlebin keçidini həll edib. “APA-Sport” agentliyinin məlumatına görə, Kataloniya təmsilçisi Londonun “Arsenal” klubundan transfer etdiyi 27 yaşlı belaruslu futbolçu ilə 4 illik müqavilə bağladığını gələn həftənin bazar ertəsi açıqlayacaq.
A.Qleb keçidi haqda bunları deyib: “Londonda xaotik həyat tərzinə indiyə kimi uyğunlaşa bilmədim. Bundan çox yoruldum və narahatçılığımı “Arsenal”ın baş məşqçisi Arsen Vengerlə bölüşdüm. Başqa çempionatda çıxış etməyimi bildirdim və Venger buna razılığını verdi. Axı sirr deyil ki, Avropanın bəzi aparıcı klubları mənə maraq göstərirdi”.
Qeyd edək ki, “Arsenal” A.Qlebi 2005-ci ildə Almaniyanın “Ştutqart” klubundan 11,2 milyon funt sterlinqə transfer edib. Belaruslu futbolçu İngiltərə Premyer Liqasında keçirdiyi üç mövsümdə cəmi 10 qol vurub.
0