Arsen Venger: Ruslar üçün Azərbaycanla oyun spesifik hazırlıq tələb etmir
18.02.2009 - 13:47
Arsen Venger: Ruslar üçün Azərbaycanla oyun spesifik hazırlıq tələb etmir
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger Azərbaycan yığmasını zəif rəqib hesab edib. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis Qus Hiddinkin həm Rusiya yığması, həm də “Çelsi” klubunda çalışmasına münasibət bildirərkən deyib ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan rusiyalıların baş məşqçisinin uğuruna şübhə edir: “Klub və millidə uzun müddət uğurla çalışmaq mümkünsüzdür. Lakin iki yerdə çalışmaq müvəqqəti xarakter daşıyırsa, bundan heç kim ziyan çəkməz. Rusiya yığmasının cəmi iki asan rəqibi var: Azərbaycan və Lixtenşteyn. Digər komandalarla görüşlərdə isə spesifik hazırlıq tələb olunacaq”.

Qeyd edək ki, Azərbaycan və Rusiya milli komandaları arasında ilk oyun martın 28-də Moskvada keçiriləcək.
0