Seksual manekenin ürəyindəki futbolçu
13.11.2009 - 10:59
Seksual manekenin ürəyindəki futbolçu
Rumıniyanın məşhur manekeni Alina Puskau sevgisini etiraf edib. Apasport.az saytının məlumatına görə, seksual xanım ulduz futbolçuya aşiq olub. Daha doğrusu, onun qəlbini Rumıniya yığmasının və “Fiorentina”nın 30 yaşlı yarımmüdafiəçisi Adrian Mutu ovlayıb.

“Mutunun oynadığı bütün matçları izləyirəm. O, həqiqətən də çox yüksək səviyyəli futbolçudur” - deyə Puskau vurğulayıb. Onun bu açıqlamasına istedadlı oyunçunun nə cavab verəcəyi maraqla gözlənilir. Görəsən, Mutu da Alina kimi, cəsarət nümayiş etdirib sevgisini etiraf edəcək, yoxsa...?
0