Milli komandanın futbolçusuna “mavi” deyən cəzalandırıldı
17.11.2009 - 10:41
Milli komandanın futbolçusuna “mavi” deyən cəzalandırıldı
Fransanın “Monpelye” klubunun prezidenti Luis Nikollen dilinin bəlasına düşüb. Apasport.az saytının məlumatına görə, ölkənin Futbol Federasiyası onu futbolçunu homoseksualist adlandığına görə diskvalifikasiya edib. Nikollen Fransanın “Oser” klubunun yarımmüdafiəçisi Benua Pedrettini xarakterizə edərkən işlətdiyi ifadələrlə onu “mavi” sayıb. Hərəkətinə görə peşman olan “Monpelye”nin prezidenti artıq 29 yaşlı fransalı futbolçudan üzr istəyib və dediklərini “Oser”lə oyunda məğlubiyyətə görə özünü saxlaya bilməməyi ilə əsaslandırıb. Ancaq bunu qəbul etməyən federasiyanın etika komitəsi Nikolleni “2 +2 ay” cəzalandırmağa qərar verib. Yəni qalan 2 ay şərti cəza sayılır. Cəzalı olduğu iki ayda Nikollen ehtiyat oyunçular skamyasında yer ala bilməz. Ancaq görünür, klub prezidenti canını yalnız bununla qurtara bilməyəcək. Belə ki, seksual azlıqların müdafiəsi ilə məşğul olan Fransanın təşkilatları Nikolleni məhkəməyə ilə hədələyib.

Qeyd edək ki, “mavi” sayılan Pedretti çıxış etdiyi Fransa milli komandasının heyətində 2003-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub. Onun hesabında Fransa çempionluğu və Liqa kuboku da var.
0