O, hər şeyi bacarır! - FOTOSESSİYA
18.11.2009 - 10:09
O, hər şeyi bacarır! - FOTOSESSİYA
Təkcə Böyük Britaniyanın deyil, bütün dünyanın ən cazibədar xanımlarından sayılan Çeril Koul yenidən gündəmdədir. Apasport.az saytının məlumatına görə, İngiltərə yığması və “Çelsi”nin futbolçusu Eşli Koulun həyat yoldaşı olan bu gözəlçə növbəti titula layiq görülüb.

İndi 26 yaşlı Çeril futbolçu xanımları arasında ən çox pul qazanan qadındır. O, son iki ildə 6,9 milyon funt-sterlinq əldə edib. Onun əsas gəlir mənbəyi televiziya proqramlarından və reklam çəkilişlərindən olur. Bu göstəriciyə əsasən, Çeril məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriyanı da üstələyib. Xanım Bekhem indiyədək 6,7 milyon funt-sterlinq qazanmışdı. Buna görə də Britaniyanın “News Of The World” qəzeti Koul haqqında yazıya belə başlıq qoyub: “Viktoriyanı taxtından saldı”.

Xatırladaq ki, nüfuzlu FHM jurnalı Çerili 2009-cu ilin ən seksual qadını seçib.
0