Zaqreb “Dinamo”su haqda daha bir sensasiyalı iddia
08.12.2011 - 15:43
Zaqreb “Dinamo”su haqda daha bir sensasiyalı iddia
Çempionlar Liqasının dünən keçirilən “Dinamo” (Xorvatiya) – “Lion” (Fransa) matçıyla bağlı daha bir sensasiyalı iddia ortaya qoyulub. Apasport.az saytının məlumatına görə, Hollandiya mətbuatı “Dinamo”nun bilərəkdən 1:7 hesabıyla məğlub olduğunu yazaraq, Zaqreb təmsilçisinin müdafiəçisi Vidanın matçdan əvvəl “Lion”la keçirəcəkləri oyuna pul qoyuluşu etdiyini yazıb.

Hollandlar, bunu sübut edən kuponu da yayımlayıb. Həmçinin, Vidanın beşinci qolu buraxdıqdan sonra “Lion”un hücumçusu Qomişə göz vurması oyunun satılması şübhələri daha da artırıb.

İilk hissəsi 1:1 hesabıyla başa çatan oyunun ikinci 45 dəqiqəsində fransızlar altı qol vuraraq, 7:1 hesablı qələbə qazanıblar. Bununla da onlar vurulan və buraxılan topların daha yaxşı fərqinə görə səkkiz xalı olan Hollandiyanın “Ayaks” klubunu qabaqlayaraq Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, Zaqreb “Dinamo”su ÇL-in təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”ni mübarizədən kənarda qoyub.
0