“Real”ı Türkiyədə hansı aqibət gözləyir?
22.12.2011 - 11:47
“Real”ı Türkiyədə hansı aqibət gözləyir?
“Topaz” bu gün keçiriləcək oyunların əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru 19 oyunluq proqramında 9 təkli matça yer verib ki, bu da oyunçular üçün seçim şansını çoxaltmaq deməkdi.

Futbol və basketbolun qarışıq proqramı həftənin digər günlərində olduğu kimi, bu gün də qazanmanız üçün yetərlidir. “Topaz” sizə hisslərinizi və bilgilərinizi pula çevirməniz üçün köməkçi olmağa davam edir.

Günün əsas matçına London ev sahibliyi edəcək. “Totenhem” – “Çelsi” qarşılaşmasını proqramına təkli oyun kimi daxil edən “Topaz”, müştərilərinə imkan verir ki, İngiltərə Premyer Liqasının liderlər qrupuna yaxından təsir edəcək matç haqda təəssüratlarını hər kəslə bölüşsün. Premyer Liqanın 3-sü və 4-nü üz-üzə gətirəcək qarşılaşmada hər komandanın marağı müxtəlifdir. Qələbə “Totenhem”in mövqeyini bir qədər də gücləndirəcək, “Çelsi” ilə aradakı xal fərqini 4-ə çatdıracaq. 3 xalın “Çelsi” üçün əhəmiyyəti daha böyükdür. “Zadəganlar” rəqibini üstələyə bilsə, həm 3-cü pilləyə yüksələcək, həm də “Arsenal”ın təqibindən qurtulacaq. Odur ki, bu çəkişməli matçı “Topaz” fərqi ilə seyr etməyin xüsusi zövqü var.

Öncəki turadək qrup lideri olan, mərhələ səddini adlamasına şübhə edilməyən “Fənərbaxça” doğma azarkeşlər önündə məğlub olaraq, vəziyyətini qəlizləşdirdi. Avroliqada “Top-16”ya qalmaq üçün “sarı bülbüllər” Fransadan zəfərlə dönməlidir. Əks təqdirdə, İstanbulda keçiriləcək “Dördlər finalı”ndan ümidini vaxtından əvvəl üzəcək. “Topaz”ın təkli oyun kimi sizlərin ixtiyarına verdiyi “Kantu” – “Fənərbaxça” basketbol matçına mərc edib, qazanmağı unutmayın.

“Real Madrid”in İstanbul səfəri də diqqət mərkəzindədir. Futbolda olduğu kimi basketbolda da ölkəsinin dəyərli brendi olan paytaxt təmsilçisi “Anadolu Efes”i məğlub etmək üçün Türkiyəyə gəlib. Komandaların hər ikisi də mərhələ səddini adlamağı daha əvvəl təmin etdiyindən, qarşıdurma qrupu neçənci sırada tamamlamaq baxımından əhəmiyyət kəsb edir. Bu oyuna təkli, eyni zamanda ekspress kuponlara əlavə etməklə mərc qoya bilərsiz.

* 3 xal “Çelsi” üçün iki qələbə deməkdi.
* “Fənərbaxça”nın növbəti mərhələ şansı davam edir.
* Madridlilər İstanbula nə üçün gəlib?

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.