“Bavariya”nın Noyer güvəni
09.11.2022 - 16:48
“Bavariya”nın Noyer güvəni

“Bavariya” qapıçısı Manuel Noyerlə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya klubunun idman direktoru Hasan Salihamiciç açıqlayıb.

O bildirib ki, təcrübəli qolkiperlə yeni anlaşma əldə olunacaq: “Manuel “Bavariya”da çıxışına davam edəcək. Qarşıdakı 2-3 ildə də ona güvənirik”.

Qeyd edək ki, 2011-ci ildən “Bavariya”da oynayan 36 yaşlı qapıçının indiki müqaviləsi 2024-cü ildə başa çatacaq.
 

0