Boatenqdən qonaqlıq – 2023 şiş kabab
25.06.2022 - 13:48
Boatenqdən qonaqlıq – 2023 şiş kabab

Kevin Prins Boatenq qeyri-adi qonaqlıq planlaşdırıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi “Herta” azarkeşləri üçün 2023 şiş kabab sifariş edib.

O, bu addımı Berlin klubu ilə müqaviləsinin daha bir il müddətinə uzadılması münasibətilə atıb. Boatenq “Hakiki kiosk”dan aldığı sifarişin sayı ilə anlaşmanın 2023-cü ilədək uzadılmasını əks etdirib.

Azarkeşlərə pulsuz kababın paylanması mövsümün ilk matçından bir gün əvvəl baş tutacaq. “Herta” iyulun 31-də “Ayntraxt”la görüşəcək.
 

0