Boltun favoritləri
02.12.2022 - 14:44
Boltun favoritləri

Olimpiya Oyunlarının 8 qat çempionu Useyn Bolt Qətərdə keçirilən DÇ-2022-nin favoritlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, əfsanəvi sprinter həm azarkeşlik etdiyi komandanı, həm də qələbəyə əsas namizədləri müəyyənləşdirib.

Yamaykalının üç favoriti var: “Mənim komandam Argentinadır. Bu yığmanı həqiqətən də dəstəkləyirəm. Fransa, Braziliya və Argentina qalib olmağa əsas namizədlərdir. Amma ümid edirəm ki, məhz Argentina çempion olacaq”.

Qeyd edək ki, sabah 1/8 final mərhələsinə start veriləcək mundial dekabrın 18-də başa çatacaq.
 

0