Hakimlərin sədri seks qalmaqalında
22.09.2022 - 14:25
Hakimlərin sədri seks qalmaqalında

Fransa futbolunda seks qalmaqalı yaranıb.

Apasport.az saytının məlumatına görə, Fransa Futbol Federasiyasının Paris Hakimlər Kollegiyasının sabiq sədri Daniel Qalletti ilə müqaviləsini pozmasının səbəbi də məhz bu qalmaqal olub.

Federasiya bu addımın səbəbini indiyədək açıqlamasa da, Fransa mətbuatı qalmaqalın kökündə sədrin təcavüzkar davranışlarının durduğunu üzə çıxarıb. Qalletti gənc tələbələrini seksə sövq edib. O, bəzilərini yüksək qiymətlərlə, digərlərini şantajla razı salıb. Hətta bəzi gənc hakimlərə seks qarşılığında 1000 avro da təklif edib. Kollegiyanın sədri məşqdən sonra duşa daxil olub hakimlərin yuyunmasını da seyr etməkdən zövq alıb.

Qeyd edək ki, federasiya ilə kollegiya sədri arasında müqaviləyə bu ilin iyulunda xitam verilib.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...