“Mançester Yunayted”də Ronaldonun nömrəsi üçün MÜBARİZƏ
28.09.2022 - 12:18
“Mançester Yunayted”də Ronaldonun nömrəsi üçün MÜBARİZƏ

Qeyri-sabit nəticələr səbəbindən klubdaxili ab-havanın yaxşı olmadığı “Mançester Yunayted”də yeni mübarizə başlayıb.

Apasport.az saytının məlumatına görə, buna Kriştiano Ronaldonun komandadan getmək ehtimalının böyüməsi səbəb olub.

37 yaşlı ulduzun gedişi ilə onun geyindiyi 7 nömrəli futbolka sahibsiz qalacaq. Bu nömrədə gözü olanlar isə Ronaldo getməmişdən mübarizəyə başlayıb.

Buna əsas iddiaçılar Ceydon Sanço və Antonidir. Hər iki oyunçu Kriştianodan sonra bu formaya sahib çıxmaq istəyini açıq-aşkar bəyan edib.

Qeyd edək ki, Ronaldo mövsümün 8 matçında 1 qol vurub.

0