Mbappe & Messi fərqi
03.12.2022 - 12:58
Mbappe & Messi fərqi

DÇ-2022-nin 1/8 final mərhələsinin startı ərəfəsində “Qızıl buts”a namizədlərin əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Kilian Mbappeni mundialın bombardiri adına əsas iddiaçı sayır.

Fransa yığmasının hücumçunun bu adı qazanmasının əmsalı 4,60-a bərabərdir. Onun PSJ-dəki komanda yoldaşı, Argentina millisinin lideri Lionel Messinin bombardirlik şansı 8,00 ilə dəyərləndirilir.

İspaniyanın hər üç oyununda qol vuran Alvaro Morata üçüncüdür – 9,00. Braziliyalı Rişarilson (12,0), niderlandlı Kodi Qakpo (13,0), ingiltərəli Markus Reşford (15,0) da ilk “altılıq”da yer alıb.

Olivye Jiru (Fransa) və Ferran Torresin (İspaniya) bombardirlik şansı 30,0 əmsalla dəyərləndirilir. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun göstəricisi 35,0-a bərabərdir.

Qeyd edək ki, qrup mərhələsindən sonra Mbappe, Reşford, Qakpo, Morata və ekvadorlu Enner Valensiya hərəyə üç qolla yarışın bombardirləri siyahısına başçılıq edir.

0