PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”
23.09.2022 - 17:47
PSJ-nin prezidenti: “Superliqa heç vaxt olmayacaq”

“Superliqa yaratmaq istəyən klublar hazırda UEFA turnirlərində oynayırlar”.

Apasport.az saytının məlumatına görə, bunu PSJ-nin prezidenti Nasser Al-Xelaifi deyib.

Klub rəhbəri Avropa Superliqası ideyasının gerçəkləşməsini real saymır: “Bu klublar öz uğurlarını orda bayram edirlər. Hər şey yaxşıdır. İndi Superliqa adında bir şey yoxdur. Heç vaxt da olmayacaq”.

Qeyd edək ki, Superliqanın yaradılmasının əsas təşəbbüskarları “Real”, “Barselona” və “Yuventus”dur.
 

0